+99412 598 09 57

+99455 498 98 09

yaxın
Adınız
Əlaqə telefonu
Zəng etmək üçün rahat vaxt

Azərbaycan vətəndaşları üçün Türkiyədə əmlak.

     

*9898

Axtarış

ADA TRİO

ADA TRIO KUSADASI

Sağlamlıq sığortası

Hal-hazırda xaricdə daşınmaz əmlak alınması cavablardan çox suallar yaradır. Əksər təşkilati məqamlar bizim saytımızda müvafiq rubrikalarda təsvir edilmişdir. Buna baxmayaraq, istənilən daşınmaz əmlak satın alınmasının öz spesifik məqamları olur ki, onları yalnız menecerlə birbaşa və telefonla ünsiyyət zamanı fərdi qaydada aydınlaşdırmaq olar. Lakin bütün bunlar formallıqdır. Əslində isə Sizi ilk növbədə baş verə biləcək hallar narahat etməlidir. Əgər Türkiyədə daşınmaz əmlak almaq və ya müvəqqəti kirayələmək planları yaranıbsa, mülk sahibinin, eləcə də onun ailə üzvlərinin sağlamlıqlarının sığortalanması problemi birinci yerdə dayanmalıdır.

İndi Azərbaycan və digər postsovet məkanı ölkələrinin sakinlərinin sığorta nə demək olduğu və ondan necə istifadə etmək lazım olduğu barədə xəbərsiz olmaları fikri aktual deyil. Həqiqətən də, hazırda xaricdə sığorta polisi olmayan turistlə çox nadir hallarda qarşılaşmaq olar. Çünki, maliyyə qətiyyən olmadığı halda təcili şəkildə tam tibbi xidmətə ehtiyac duyduğumuz vəziyyətlər yarana bilər. Lakin, belə hallar xaricdə yalnız “adi turist” statusu ilə olanlara aiddir. İndi isə Türkiyə Respublikasında mənzil əldə etmək istədiyiniz halda vəziyyəti nəzərdən keçirək.

Məlumdur ki, Azərbaycanın istənilən vətəndaşı rahat şəkildə Türkiyədə daimi yaşayış vəsiqəsini əldə edə bilər və bir çoxları bundan istifadə etməyə üstünlük verir. Elə görünə bilər ki, hər şey əladır, DYV təsdiq edən sənəd var, buna görə də müəyyən müddətə yaşayış yerini dəyişmək də olar. Sonra, sığorta halı baş verdikdə Siz “standart” qaydada əvvəlcədən seçdiyiniz sığorta şirkətinin dispetçer xidmətinə müraciət edirsiniz. Bundan sonra sadəcə dispetçerə baş verən problemi xəbər vermək qalır, məhz burada artıq iki variant ola bilər:

1. Sizə “təcili yardım” maşını çağırılacaq və o, azərbaycanca başa düşən feldşer və ya tibbi bacısı ilə gələcək. Sonra Siz bütün zəruri müayinələri keçisiniz və müvafiq yardımı alırsınız. Sözsüz ki, çox rahat variantdır, çünki turist sığortası 50 000 avroya qədər məbləğdə yardım göstərilməsi bəndini ehtiva edir. Bu cür polisin qiyməti sığorta şirkətindən asılıdır: xaricdə bir gün üçün 1 dollar/1 avro , yaxud da dərhal illik polis rəsmiləşdirmək olar ki, o da 180-200 dollar/avro təşkil edəcək.

2. Rəsmi məqamlar araşdırıldıqda ortaya çıxır ki, Sizin şirkətin müştərilərinin daimi yaşayış vəsiqəsi olduqda, o, sonuncuya tibbi xidmətlərə görə müvafiq ödənişdən imtina edə bilər. Əlbəttə ki, hadisələrin belə gedişatını əvvəlcədən bildiyinizdə DYV mövcudluğu faktını gizlədə bilərsiniz. Burada hər şey qabaqcadan sığorta şirkərinə təqdim etdiyiniz məlumatlardasan asılı olacaq, lakin daha bir qanuni variant mövcuddur: sığortanı elə Türkiyədə imzalamaq. Məbləğ təxminən 130-170 dollar və ya 200-250 türk lirəsi təşkil edəcək. Nəticədə müştəri artıq istənilən halda müvafiq vəziyyətə uyğun olaraq sığortanı alacaq.

O faktı mütləq nəzərə almaq lazımdır ki, hələ 2012-ci ilin əvvəlində Türkiyə qanunvericiliyində xarici vətəndaşların Türkiyə ərazisinə yaşamaq üçün köçməsi zamanı onları dövlət tibbi sığortasını rəsmiləşdirməyə məcbur edən yeni qərar çıxdı. Qanun yalnız DYV hüququna malik olan və öz ölkəsində sığorta almayan şəxslər üçün mütləqdir. Yeni qanunun pozulması halında 1380 ABŞ dolları təşkil edən yetərincə böyük cərimə ödənilməlidir. Nəhayət, əgər Siz Türkiyədə sığorta polisini rəsmiləşdirərkən dil baryeri ilə bağlı problemlərdən qorxursunuzsa, Azərbaycanda qanuni türk sığorta şirkətlərindən birində sığorta polisinin məsafədən rəsmiləşdirilməsi üzrə xidməti təqdim edən xüsusi agentliklərə müraciət etməyi tövsiyə edirik.

Kushadasi.az layihəsi AREA (Azerbaijan Real Estate Agency) rieltor agentliyinin və Century 21 şirkətinin Kuşadası-da nümayəndəliyinin (Century 21 Ada) birgə layihəsidir.

Bizim Azərbaycanda ünvanımız: Bakı şəhəri. Bül-Bül prospekti, 58 A. Telefonlar: +99412 598 98 09, +99412 498 98 09, *9898

Bütün hüquqlar qorunub. Məlumatların yenidən çap edilməsi yalnız sayt administrasiyasının yazılı icazəsi ilə mümkündür.