+99412 598 09 57

+99455 498 98 09

yaxın
Adınız
Əlaqə telefonu
Zəng etmək üçün rahat vaxt

Azərbaycan vətəndaşları üçün Türkiyədə əmlak.

     

*9898

Axtarış

ADA TRİO

ADA TRIO KUSADASI

Türkiyədə daşınmaz əmlak kirayəsinin sualtı daşları

Türkiyədə daşınmaz əmlak kirayəsi

Türkiyənin kurort sahillərində daşınmaz əmlak hər zaman böyük tələbata malik olur. Məhz bu fakt xarici investorları mənzil alış-verişinə böyük pullar yatırmağa vadar edir. Həqiqətən də, bir çox turistlər otellərdə səs-küylü nömrələrdənsə, rahat evlərə üstünlük verir. Buna görə də investorlar bəzi həssas amilləri nəzərə almağı unudaraq, sanballı mənfəəti güdürlər.

Əsas məsələ hazır evləri daha tez satmağa cəhd göstərən binatikənlərdə və agentliklərdədir. Nəticədə, investor parlaq reklama şirnikərək, daşınmaz əmlakı satın alır. Real vəziyyətdə isə kirayə verilən evin bu və ya digər tipinə turistlərin tələbatını nəzərə almaq lazımdır. Dənizin yaxınlığında müasir komplekslərdə yerləşən ikiotaqlı mənzillərə tələbat daha çoxdur. Beləliklə, bu cür evlərin kirayəsi zamanı investorun əldə edəcəyi gəliri nəzərdən keçirək:

Ətraflı: Türkiyədə daşınmaz əmlak kirayəsinin sualtı daşları

Bodrumda daşınmaz əmlak, düzgün seçimin 11 səbəbi

Bodrumda daşınmaz əmlak

Bugünkü gündə Bodrum – Egey dənizinin sahilində yerləşən və Türkiyədə ən məşhur olan kurortlardan biridir. Yarımadaya daima çoxlu sayda turistlər gəlir. Dərhal istirahət etməyə mane olan yeganə amil isə – ev məsələsidir. Mehmanxanada 10 gün qalmaq üçün, adambaşına təxminən, 1000 avro vermək lazımdır. Əgər istirahətə bütün ailə ilə gəlirsinizsə, artıq 4-5 min lazım olacaq. Belə vəziyyətdə daşınmaz əmlak əldə edərək bahalı otelləri həmişəlik unutmaq barədə düşünmək olar. Daşınmaz əmlaka bir dəfə vəsait xərcləməklə, aşağıdakı üstünlükləri əldə etmək olar:

• Hər il istirahətə gəlmək. Xərclər yalnız aviareyslərə, yeməyə və digər əyləncələrə çıxacaq;

• Kirayə verərək pul qazanmaq;

• Yaşayış yerinizi dəyişdiyinizdə başqa dövlətdə daşınmaz əmlaka sahib olmaq.

Ətraflı: Bodrumda daşınmaz əmlak, düzgün seçimin 11 səbəbi

Türkiyədə Kuşadasında istirahət edənlər üçün məsləhətlər

Kuşadası gözəl bir yerdi

Bugünkü gündə Kuşadası müasir dəbli türk kurortu statusunu isbatlayaraq öz qonaqlarını sevinclə qarşılayır. Turistlər üçün istirahətin həqiqətən də unudulmaz olması üçün, aşağıdakı qaydalara ciddi riayət etmək lazımdır:

• Heç bir halda qara örtüklü qadınların şəklini çəkmək olmaz. Kişinin fotoşəklini çəkmək üçünsə, əvvəlcə onun fikrini soruşmaq lazımdır, əks təqdirdə ciddi münaqişə ilə qarşılaşa bilərsiniz;

• Alkoqolu öz mənzilinizdə içmək daha yaxşı olar. Spirtli içkini küçədəcə içmək əhali arasında qınaq yarada bilər;

• Çaypulu məcburi səxavət jesti deyil. Lakin, yazılmamış ənənə var ki:

Ətraflı: Türkiyədə Kuşadasında istirahət edənlər üçün məsləhətlər

Kuşadası çimərlikləri

Kuşadası çimərlikləri

Hələ bir neçə il əvvəl Kuşadası adi balıqçı kəndi sayılırdı. İndi isə buraya Egey dənizinin sakit sularında dincəlmək üçün dünyanın bütün yerlərindən turistlər gəlir. Müasir kurortun tələblərinə cavab verən Kuşadası çoxsaylı çimərliklərə malikdir və onların hər birinin öz müstəsna cəhəti vardır:

• Şəhər çimərliyi – bilavasitə şəhərin mərkəsində yerləşir. Tam istirahət üçün zəruri olan hər şeylə təchiz edilmişdir, lakin hər hansı xüsusi israfata yol vermədən;


• Göyərçin adası çimərliyi –bura dayverlərin toplaşmağı xoşladığı xüsusi ada sahəsidir, çünki Egey dənizinin ənginliklərində hələ də maraqlı çox şey tapmaq olar. Bura rahat üzmək və çimərlikdə uzanmaq üçün adi turistlər də gəlir;

Ətraflı: Kuşadası çimərlikləri

Kuşadasında haraları gəzməli?

Zevsin mağarası

Kuşadasında kurortlarda istirahət nəinki gözəl çimərlikləri ilə, həm də yerli əhalinin mədəni irsini təcəssüm etdirən məşhur diqqətəlayiq yerlərlə yadda qala bilər. Əgər öz kurort mövsümünüzü Kuşadasında keçirəsi olsanız, aşağıdakı yerlərə baş çəkməyinizi israrla tövsiyə edirik:

• Zevsin mağarası.

Mağara şəhərdən cəmi 30 km aralıda yerləşir, buna görə də oraya avtobusla rahat çatmaq olar. Hətta mağaranın iki addımlığında olarkən onu dərhal görə bilməyəcəksiniz: zeytun ağacları və sıx kolluq mağaraya girişi örtür. İçəridə kopüklü-şəffaf suyun bərq vurduğu hovuz yerləşir. Suyun dərinliyi 10 metrə qədər çatır. Mağara ona görə ildırımçaxan Zevsin şərəfinə adlandırılmışdır ki, rəvayətə görə, əfsanəvi tanrı burada Geradan gizlənərək, kəndin ən gözəl qızları ilə çimirdi;

Ətraflı: Kuşadasında haraları gəzməli?

Türkiyədə əcnəbilərə tibbi yardım

Türkiyədə əcnəbilərə tibbi yardım

Əgər Türkiyədə daimi yaşayış vəsiqəsiniz varsa və oraya istirahətə yollanırsınızsa, mütləq tibbi sığorta polisini rəsmiləşdirmək tələb olunur. Türkiyədə olduğunuz müddətdə bu sənəd Sizin gözlənilməz müalicənizə zəmanət verəcək. Türkiyədə sığorta polisi olmadan əcnəbi yalnız avtomobil qəzasına uğradıqda pulsuz yardıma ümid edə bilər.

Hazırda Türkiyədə yalnız əcnəbi turistlər üçün tibbi yardım «qaynar xətti» fəaliyyət göstərir. 112 və ya 184 nömrələrinə zəng vuraraq öz probleminizi həm də Azərbaycan dilində izah edə bilərsiniz. Sonradan “qaynar xəttin” mütəxəssisləri Sizin sözlərinizi həkimlə söhbətdə tərcümə edə bilərlər. Əgər Siz Türkiyədə daşınmaz əmlak sahibisinizsə və gələcəkdə bu ölkədə həmişəlik yaşamaq niyyətiniz varsa, “qaynar xətt” vasitəsilə tibbi yardım almaq baş tutmayacaq.

Ətraflı: Türkiyədə əcnəbilərə tibbi yardım

Kushadasi.az layihəsi AREA (Azerbaijan Real Estate Agency) rieltor agentliyinin və Century 21 şirkətinin Kuşadası-da nümayəndəliyinin (Century 21 Ada) birgə layihəsidir.

Bizim Azərbaycanda ünvanımız: Bakı şəhəri. Bül-Bül prospekti, 58 A. Telefonlar: +99412 598 98 09, +99412 498 98 09, *9898

Bütün hüquqlar qorunub. Məlumatların yenidən çap edilməsi yalnız sayt administrasiyasının yazılı icazəsi ilə mümkündür.