+99412 598 09 57

+99455 498 98 09

yaxın
Adınız
Əlaqə telefonu
Zəng etmək üçün rahat vaxt

Azərbaycan vətəndaşları üçün Türkiyədə əmlak.

     

*9898

Axtarış

ADA TRİO

ADA TRIO KUSADASI

Avtomobil kirayəsi

Arzu etdiyiniz bütün istirahət yerlərinə baş çəkmək üçün çox vaxt avtomobil götürmək lazım olur. Türkiyə Respublikasında avtomobillərin kirayəsini aşağıdakı yerlərdə təşkil etmək olar:

• Kiçik şirkətlərdə. Bir qayda olaraq, bütün şəhərlərdə və ya kurortlarda mövcud olur. Öz regional nümayəndəliklərinə malik olmurlar. Yalnız çox uzaq olmayan yerlərə səfər zamanı belə xırda agentliklərə müraciət etməyə dəyər – hər hansı bir şəhərin görməli yerlərinə baxış zamanı. Avtomobilin rəsmiləşdirilməsi adətən, yerindəcə həyata keçirilir;

• İri agentliklərdə. Belə şirkətlərin Türkiyənin əksər şəhərlərində öz regional nümayəndəlikləri olur. Əgər uzun səfərlər planlaşdırırsınızsa, məhz belə şirkətlərə müraciət etmək daha yaxşıdır: problemlər yarandıqda, Siz agentliyin mütəxəssislərinə artıq digər şəhərdə də müraciət edə bilərsiniz. Maşını İnternet vasitəsilə rəsmiləşdirmək daha rahatdır, lakin yerində də etmək mümkündür. Uşaqlarınız varsa, sifarişinizdə uşaq kreslolarının olmasını da göstərmək olar – xidmət 15 türk lirəsinə başa gəlir.

Türkiyənin avtomobil kirayəsi bazarında dəqiq prays yoxdur – hər bir agentlik öz qiymətlərini qoyur. Kirayənin yekun qiymətinə aşağıdakılar təsir edə bilər:

• Avtomobilin modeli;

• Avtomobili kirayəyə götürdüyünüz müddət;

• Maşının texniki vəziyyəti;

• Sığorta tipi;

• Avtomobili özünüz götürürsünüz, yaxud evə çatdırılmadan istifadə edirsiniz;

• Həmin vaxt ilin hansı fəslinin olması.

Adətən, yekun məbləğ kirayənin 1 sutkası üçün 35 -100 türk lirəsi arasında dəyişir. Bu rəqəmlərə vergilər və mümkün əlavə rüsumlar aid edilmir. Benzin də həmçinin ayrıca ödənilir – açarları alarkən, ən yaxın yanacaqdoldurma məntəqəsinin harada yerləşdiyi ilə maraqlanmaq yaxşı olar.

Türkiyədə hansı maşınlar kirayəyə verilir?

Mexaniki ötürmə qutusuna malik kiçik modellər daha çox çeşidlə təqdim edilmişdir - əlverişliyi və təhlükəsizliyi birləşdirərək, kiçik ailə üçün ideal variantdır. Ümumiyyətlə, lazımi məbləği ödəməklə demək olar ki, istənilən avtomobili əldə etmək olar. Əcnəbilər də həmçinin aşağıdakı şərtlərə əməl edərək maşın kirayəyə götürə bilərlər:

• Pasport və viza qüvvədə olmalıdır;

• Sürücülük vəsiqəsinin qüvvədə olması;

• 21 yaş və bir il sürücülük stajı – sadə avtomobil əldə etmək üçün;

• 27 yaş və ən azı iki il sürücülük stajı – bahalı maşın markası əldə etmək üçün;

• Ödəniş əksər hallarda aşağıdakı qaydada keçir: Siz avtomobil kirayəsinin ödənilməsi üçün mütləq qüvvədə olan kredit kartını təqdim edirsiniz. Bundan əlavə, təxminən, 1000 dollar məbləğində depozit girovu təqdim edilir.

Kushadasi.az layihəsi AREA (Azerbaijan Real Estate Agency) rieltor agentliyinin və Century 21 şirkətinin Kuşadası-da nümayəndəliyinin (Century 21 Ada) birgə layihəsidir.

Bizim Azərbaycanda ünvanımız: Bakı şəhəri. Bül-Bül prospekti, 58 A. Telefonlar: +99412 598 98 09, +99412 498 98 09, *9898

Bütün hüquqlar qorunub. Məlumatların yenidən çap edilməsi yalnız sayt administrasiyasının yazılı icazəsi ilə mümkündür.