+99412 598 09 57

+99455 498 98 09

yaxın
Adınız
Əlaqə telefonu
Zəng etmək üçün rahat vaxt

Azərbaycan vətəndaşları üçün Türkiyədə əmlak.

     

*9898

Axtarış

ADA TRİO

ADA TRIO KUSADASI

Türkiyənin hansı regionunda mənzil almaq daha yaxşıdır?

Əgər Türkiyədə daşınmaz əmlakı nəyə görə əldə etmək istədiyinizi dəqiq dərk etsəniz, suala cavab tapmaq daha asan olacaq. Bir neçə variantı nəzərdən keçirək:

1. Qazanc məqsədilə daşınmaz əmlak alınması. Burada əldə olunan obyektlərin satıla bilmə qabiliyyəti nəzərə almaq lazımdır:

• İnşaatın sıfırıncı mərhələsində evlərin alınması – artıq istifadəyə hazır evlərin bahasına satışı;

• Hazır obyektlərin alınması – sonradan kirayə müqaviləsi ilə verilməsi. Yekunda investor kirayəyə verilmiş evlərin sayından asılı olan dividendlər əldə edir.

Hər iki variant iri şəhərlərdə və ya məşhur kurort mərkəzlərində daşınmaz əmlaka sərmayə yatırmağı nəzərdə tutur. İdeal variantlar: İstanbul, Ankara, Antalya və ya İzmirdir. Müştəri axınını hesablayarkən, nəinki əcnəbilərə, həm də türklərə istinad etmək lazımdır. Xarici vətəndaşlar üçün dənizdən uzaqlıq əhəmiyyət kəsb edir. Türklər isə bələdiyyə müəssisələrinin: kolleclərinin, xəstəxanaların və ya universitetlərin yaxınlığında yerləşən minimal infrastrukturlu evlərə üstünlük verir. Əcnəbilər Antalyanın iki rayonuna xüsusilə üstünlük verir: geniş seçimdə daşınmaz əmlakın təklif olunduğu Konyaaltı və Lara.

Alaniya, Mahmutlar və ya Bodrum kimi kurort mərkəzlərində daşınmaz əmlaka tələbat yalnız mövsümi xarakter daşıyır. Bu halda sabit gəlirin əldə olunması idarəedici şikətin etibarlılığından asılı olacaq.

2. Şəxsi yaşayış üçün Türkiyədə daşınmaz əlmak alınması. Burada öz zövqünüzə güvənməlisiniz. Azərbaycanlı investorlar arasında Aralıq dənizinin sahillərindəki qəsəbələr daha çox populyardır: gözəl “uzaq bağ evi” yarada biləcəyiniz Kemer, Belek, Didim, Konaklı, Side. Əgər Türkiyədə həmişəlik yaşamağa hazırlaşırsınızsa, Alaniyada, Mahmutlar və Avsallarda təklif olunan daşınmaz əmlakı mütləq araşdırın. Orada həmişə cəlbedici variantlar tapılacaq. Beləliklə, Türkiyədə məhz nə ilə məşğul olmaq istədiyinizi təsəvvür edin və müvafiq variantlar seçin.

Kushadasi.az layihəsi AREA (Azerbaijan Real Estate Agency) rieltor agentliyinin və Century 21 şirkətinin Kuşadası-da nümayəndəliyinin (Century 21 Ada) birgə layihəsidir.

Bizim Azərbaycanda ünvanımız: Bakı şəhəri. Bül-Bül prospekti, 58 A. Telefonlar: +99412 598 98 09, +99412 498 98 09, *9898

Bütün hüquqlar qorunub. Məlumatların yenidən çap edilməsi yalnız sayt administrasiyasının yazılı icazəsi ilə mümkündür.