+99412 598 09 57

+99455 498 98 09

yaxın
Adınız
Əlaqə telefonu
Zəng etmək üçün rahat vaxt

Azərbaycan vətəndaşları üçün Türkiyədə əmlak.

     

*9898

Axtarış

ADA TRİO

ADA TRIO KUSADASI

Bir əcnəbi Türkiyədə necə işə düzələ bilər?

Türkiyədə daşınmaz əmlakın alınması – gələcək evinizdə məskunlaşmanıza doğru ilk addımdır. Bir çox əcnəbilər tez-tez sual verir: Türkiyədə nəinki yaxşıca dincəlmək, həm də yüksək maaşlı iş tapmaq mümkündürmü?

Belə bir yanlış fikir var ki, daimi yaşayış vəsiqəsinin rəsmiləşdirilməsi sadə və ya daşınmaz əmlak alınması sürətli olduğundan işə düzəlmə də bu cür olacaq. Bu, heç də belə deyil. Əlbəttə ki, statistikaya əsasən, əcnəbi üçün ildən ilə işə düzəlmək daha asanlaşır:

• 2003-cü ildə əcnəbilərin Türkiyə Respublikasında işə düzəlməsi üçün təxminən 900 icazə verilmişdir;

• 2012-ci ildə eyni icazəni artıq 32 min nəfər əldə etmişdir.

Problem bundadır ki, statistika əcnəbilər tərəfindən verilən ərizələrin ümumi sayını göstərmir. Əgər 2003-cü ildə qeyri-rəsmi məlumatlara görə onların sayı 4000 idisə, 2012-ci ildə artıq – 120000 idi. Beləliklə, rədd cavablarının faizlə tendensiyası hələ də qalır, deməli – Türkiyədə iş tapmaq yetərincə çətin olacaq. Türkiyə hökumətinin belə fəaliyyəti tamamilə əsaslandırılmışdır: əvvəlcə öz vətəndaşlarını işlə təmin etmək, sonra isə digər dövlətlərin vətəndaşlarının ərizələrini nəzərdən keçirmək lazımdır. Nəticə belədir - əgər bir iş yerinə türk və ondan daha yüksək ixtisasa malik əcnəbi iddialıdırsa, 95% hallarda iş yenə də Türkiyə vətəndaşına qismət olacaq.

İkinci mühüm məqam: Türkiyə höküməti məhz qadın cinsinə iş icazəsini daha loyal təqdim edir – xidmət göstərilməsi sahəsi Türkiyədə daha çox inkişaf etmişdir və burada əsasən, qadınlar işləyir. Ötənilki statistikaya əsasən, xaricdən gələnlərin əksəriyyəti ya ev qulluqçusu kimi, ya da mehmanxana sektorunda işə düzəlmişdir.

Türkiyədə qeyri-leqal işləmək fikrini dərhal kənara qoymaq yaxşı olardı. Əvvəla, qanunvericiliyə əsasən, heç bir sahibkar əcnəbini işə götürmək üçün rəsmi hüquqa malik deyil. Yeganə variant- hökümətdən müvafiq icazəyə sahib olmaqdır. İkincisi, hətta Sizi kiçik bir işə götürsələr belə, (arayışsız Sizə yüksək maaşlı işi dəqiq verməyəcəklər), işə düzəlmənin, o cümlədən ev qulluqçuların işə düzəlməsinin qanuniliyi mütəmadi şəkildə Sosial təminat qurumu tərəfindən yoxlanılır. Bu zaman türk hökuməti belə qanun pozuntularına kifayət qədər sərt reaksiya verir:

• Əcnəbi, iş icazəsinin və sığortanın olmaması səbəbilə deportasiya edilə bilər;

• İşəgötürən ciddi cərimə oluna bilər və bəzi hallarda sahibkarlıq lisenziyasını itirə bilər.

Beləliklə, Türkiyədə leqal işi necə qazanmaq olar? İlk növbədə, “Əcnəbilərin iş icazəsi haqqında” Qanunu diqqətlə araşdırmaq lazımdır. Başlanğıcda yalnız 1 il müddətinə müəyyən peşə üzrə dəqiq qeyd edilmiş şirkətdə müvəqqəti işədüzəlmə icazəsi əldə etmək olar. Birinci müddət ərzində başqa yerlərdə əlavə işləmək və ya iş yerini dəyişmək olmaz- bu, qadağandır. Əgər işləməyə hazırlaşdığınız şirkətin nümayəndələri Sizə dəstək olsalar, icazəni almaq o qədər də çətin olmayacaq. Əgər icazəni kiminsə köməyi olmadan əldə etmək istəyirsinizsə, proses müsbət nəticəyə əminlik olmadan illərlə uzana bilər.

Əgər icazəni müvəffəqiyyətlə aldınızsa və bir il iradsız işlədinizsə, Sizi aşağıdakı mərhələli perspektiv gözləyir:

• Əgər əmək bazarında heç nə dəyişməyibsə, eyni iş yerində eyni ixtisas üzrə iş icazəsini 3 ilə qədər uzatmaq imkanı;

• Bundan sonra eyni ixtisas üzrə artıq 6 ilə qədər iş icazəsi əldə etmək, lakin işəgötürəni dəyişmək olar;

• Sonuncu mərhələ - Türkiyədə hər hansı məhdudiyyət olmadan daimi iş icazəsinin verilməsidir. Yalnız o əsasla verilir ki, Siz Türkiyədə tam 8 il fasiləsiz yaşayasınız.

Bunlarla yanaşı, iş axtarmazdan əvvəl Türkiyənin işədüzəlmə haqqında Qanununda araşdırmalı olduğunuz bir sıra vacib məqamlara rast gələ bilərsiniz.

Kushadasi.az layihəsi AREA (Azerbaijan Real Estate Agency) rieltor agentliyinin və Century 21 şirkətinin Kuşadası-da nümayəndəliyinin (Century 21 Ada) birgə layihəsidir.

Bizim Azərbaycanda ünvanımız: Bakı şəhəri. Bül-Bül prospekti, 58 A. Telefonlar: +99412 598 98 09, +99412 498 98 09, *9898

Bütün hüquqlar qorunub. Məlumatların yenidən çap edilməsi yalnız sayt administrasiyasının yazılı icazəsi ilə mümkündür.